Azərbaycanda “Mü” ştammına yoluxma qeydə alınıb? – ÜST rəsmisindən AÇIQLAMAbackend

Azərbaycanda “Mü” ştammına yoluxma qeydə alınıb? – ÜST rəsmisindən AÇIQLAMA

“Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb. “Mü” ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır”.

Hokm.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, “mü” ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: “Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un “mü” ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

  •  (0)
  •  (1)