Azərbaycanda məktəbli qız özünü asdıbackend

Azərbaycanda məktəbli qız özünü asdı

Qəbələ rayonunda intihar hadisəsi baş verib. 
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Hüseynova Hənifə Emin qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
H.Hüseynovanın meyiti ailəsi tərəfindən asılı vəziyyətdə tapılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
  •  (0)
  •  (0)