Azərbaycanda məktəb direktoru vəfat edibbackend

Azərbaycanda məktəb direktoru vəfat edib

Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.

Hokm.az “report”a istinadən xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub.

Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.

Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.

2001-ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (0)