Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdibackend

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı vəfat edib. 
İdarənin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin direktoru Anar Ramiz oğlu Nuriyev damarlarında yaranmış tromblaşma nəticəsində dünyasını dəyişib.
A.Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblına rəhbərlik etməklə başlayıb. 2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.
  •  (0)
  •  (0)