Azərbaycanda MASKAlardan bu TARİXƏDƏK istifadə edilə BİLƏR – AÇIQLAMAbackend

Azərbaycanda MASKAlardan bu TARİXƏDƏK istifadə edilə BİLƏR – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dicle Universitetinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölümü professoru Recep Tekin maskaları 2022-ci ilin ilk aylarına qədər istifadə etməyə davam edəcəyimizi deyib. Professor bildirib ki, peyvəndlə yanaşı, maskalar da yoluxma sayını nəzarətdə saxlamağa kömək edən effektiv vasitələrdir.

“Maskaları həyatımızdan çıxarmaq hələ tezdir. Yoluxma sayı azalsa da, sıfra enməyib. Virusun yeni mutasiyalarının yayıldığını da nəzərə alsaq, qorunmaq üçün maskaları taxmağa davam etməliyik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı kimi, pandemiya 2022-ci ilin əvvəllərinə qədər davam edəcək.

Həmçinin bildirək ki, dünyanın bir neçə ölkəsində virusla bağlı sərtləşdirmə tədbirlərinin olması deyilir. Azərbaycanda yoluxma dinamikasını nəzərə alsaq, koronavirusun nə vaxt bitəcəyi və maskalardan nə vaxt xilas olacağımız diqqət mərkəzindədir.

Bununla bağlı sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb. O, virusun bitəcəyi tarixi açıqlayıb:

“Karantin koronavirus tədbirləri tətbiq edilən müddətdə davam edəcək. Yaxud da pandemiyanın sonu elan olunandan sonra buna ehtiyac qalmayacaq. Hamılıqla olmasa da, payız aylarınadək maskalardan istifadə etməyimiz məsləhətlidir. Məsələn, soyuqdəyməsi, xroniki xəstəliyi olanların masklardan istifadə etməsi yaxşı olardı. Mən hesab edirəm ki, pandemiya yay aylarınadək yekunlaşmalıdır. Bu tarix iyun ayında bitə bilər, yəni pandemiyanın sonu olacaq.

Maska taxılandan, yəni karantin tədbirləri görüləndən sonra əhali arasında soyuqdəymə, qrip xəstəliyi xeyli azalıb. Karantin davranışlarından çəkinmək lazım deyil. Gələcəkdə də narahatçılığı olan insanlar yaxşı olardı ki, işə maska ilə getsinlər. Yəni maska taxmaqla qorunmağı mədəniyyət nümunəsinə çevirmək lazımdır “.

  •  (1)
  •  (1)