Azərbaycanda maaşlar artırılır – Milli Məclisdə yeni layihəbackend

Azərbaycanda maaşlar artırılır – Milli Məclisdə yeni layihə

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

  •  (0)
  •  (1)