Azərbaycanda küçəyə atılan 3 günlük körpənin FOTOSU – YENİLƏNİBbackend

Azərbaycanda küçəyə atılan 3 günlük körpənin FOTOSU – YENİLƏNİB

Şirvanda küçədən yeni doğulmuş körpə tapılıb.
Hokm.az APA-ya istinadən xəbər verir ki, noyabrın 28-də saat 18.20 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18  mənzil 2 ünvanında yerləşən mənzilin qapısından, yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq aşkar edilib.
Hadisə barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları tərəfindən tapılmış uşaq Şirvan doğum evinə təhvil verilib. Həkimlərin rəyinə görə, uşaq təxminən 2-3 gün əvvəl doğulub. Çəkisi 2,4 kiloqram, cinsi qız, təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. O da qeyd edilir ki, uşağın göbəyinin qeyri-peşəkar kəsilməsindən aydın olur ki, körpə tibb müəssisəsində doğulmayıb. Uşağa həkimlər tərəfindən  bütün yardımlar edilib. Körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

***09:53
Şirvanda küçədə 3 günlük körpə tapılıb.

Hokm.az report-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18/2 ünvanının qarşısında baş verib.
Belə ki, rayon sakini C.Abbdullayev küçədə bələnmiş vəziyyətdə qız uşağının tapması barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verib.
Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təhvil verilib.
Həkimlərlərin ilkin olaraq bildirdiyinə görə, həmin uşaq 2-3 gün əvvəl dünyaya gəlib.
Hazırda uşağın səhhəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır, uşağın ora kim tərəfindən atıldığı və onun valideynləri müəyyənləşdirilir.

  •  (0)
  •  (0)