Ucar Rayon Mərkəzi Xəstəxanası küçədə tapılan yeni doğulmuş uşaqla bağlı açıqlama verib.
Xəstəxanadan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpə bu gün səhər saatlarında tibb müəssisəsinə təhvil verilib:
“Yeni doğulmuş körpənin çəkisi 4,1 kiloqram, boyu isə 53 santimetrdir. Onun müalicəsi yeni doğulmuşlar şöbəsində aparılır”.
“Yeni doğulmuşun vəziyyəti qənaətbəxşdir”, – deyə xəstəxanadan qeyd edilib.
________
10:29
Ucarda yeni doğulmuş uşaq tapılıb.
Hokm.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb.
Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.
















