Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin son durumu açıqlandı
Hokm.az bildirir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir: “Hazırda aktiv koronavirus xəstələrinin sayı 42 nəfərdir.
Bu günədək Azərbaycanda koronavirusdan 1 ölüm faktı qeydə alınıb. Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir”.
TƏBİB rəsmisi əlavə edib ki, koronavirus infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
















