Azərbaycanda koronavirusa görə daha bir QADAĞA – 3 avqust tarixlərində saat 17:30 və 18:35-də…backend

Azərbaycanda koronavirusa görə daha bir QADAĞA – 3 avqust tarixlərində saat 17:30 və 18:35-də…

Bakı-Sumqayıt üzrə hərəkətdə olan elektrik qatarları həftə sonu işləməyəcək.

Hokm.az bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1 və 2 avqust tarixlərində hərəkətdə olmayacaq:

“Qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq”.

  •  (1)
  •  (2)