Azərbaycanda klinikaların COVID-19 test müayinəsini dayandırması ilə bağlı AÇIQLAMAbackend

Azərbaycanda klinikaların COVID-19 test müayinəsini dayandırması ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə “İnci” laboratoriyası, “Referans” klinikası,”Memorial Klinik”, “Baku Medical Plaza”, “Caspian İnternational Hospital” və Bakı Sağlamlıq Mərkəzində  koronavirus test müayinələrinin aparılmasının dayandırılması ilə bağlı xəbərlər yayılıb.
Adı çəkilən klinika və laboratoriyalarda test müayinələrinin dayandırılması ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bu barədə məlumatının olmadığını və adları çəkilən yerlərdən məlumat almağı bildirdi.

Məsələ ilə bağlı “Baku Medical Plaza”ilə əlaqə saxladıq. Klinikadan Yeniavaz.com-a bildirdilər ki, ümumiyyətlə klinikada COVID-19 testləri aparılmır.

“Caspian İnternational Hospital” isə test müayinələrinin həqiqətən də dayandırıldığını qeyd etdi: “Bəli, test müayinələri dayandırılıb. Əvvəllər testlərə icazə verilirdi, lakin indi icazə verilmir”, Kimin icazə verməməsilə bağlı sualımıza isə “Bu barədə nəsə deməyə icazəmiz yoxdur”, cavabını aldıq.
“İnci” laboratoriyası,  “Memorial Klinik” və Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xatırladaq ki, “Referans” klinikası daha əvvəl test müayinələrinin dayandırılması ilə bağlı məlumat verdi. “Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması yanlız uçuş öncəsi olan pasiyentlər üçün nəzərdə tutulub” –deyə, klinikanın məlumatında qeyd olunub.
Qeyd edək ki, test müayinələrinin dayandırılması ilə bağlı məlumatı vətəndaşlardan biri Marja-ya bildirib.

Hokm.az

  •  (1)
  •  (2)