Azərbaycanda kişi oğlu öləndən sonra ailəsini atıb 21 yaş kiçik qadınla evləndi, sonda isə… – FOTObackend

Azərbaycanda kişi oğlu öləndən sonra ailəsini atıb 21 yaş kiçik qadınla evləndi, sonda isə… – FOTO

Azərbaycanda kişi oğlu öləndən sonra həyat yoldaşını atıb özündən 21 yaş kiçik qızla evləndi.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən qadın danışıb.

Qadının sözlərinə görə, oğlu öləndən sonra həyat yoldaşı onu atıb:

“2016-cı ildə sətəlcəm olan oğlum 24 yaşında dünyasını dəyişib. Ölümündən sonra həyat yoldaşımla aramda problemlər yarandı.O məni atıb, özündən yaşca balaca qızla evləndi. Həyat yoldaşım evlənəndə balaca oğlumun 20 yaşı var idi. 3 ildən sonra keçmiş həyat yoldaşım xəstələndi. Qadın isə azyaşlı uşağı onun üstünə atıb qaçdı. Mənim də həyat yoldaşıma ürəyim ağrıdı və yenidən barışdıq. Mən onu həkimə apardım”.

Həyat yoldaşını atıb özündən 21 yaş kiçik qadınla evlənən kişinin özü bildirib ki, ikinci ailəsindən bir qızı olub:

“Xəstələndiyim üçün qadın məni atıb getdi”.

Azərbaycanda kişi oğlu öləndən sonra ailəsini atıb 21 yaş kiçik qadınla evləndi, sonda isə... - FOTOAzərbaycanda kişi oğlu öləndən sonra ailəsini atıb 21 yaş kiçik qadınla evləndi, sonda isə... - FOTO

  •  (0)
  •  (2)