Yüksək hərarət, baş ağrısı, şişlik və zəiflik bu xəstəliyin ilkin əlamətləri. Artıq dünyada sürətlə yayılan meymun çiçəyinə qonşu ölkələrdə də rast gəlinməyə başlanılıb.
Belə olan halda isə təhlükənin qaçılmaz olduğu ortaya çıxır. Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ölkəmizdə tam nəzarətdədir və bununla bağlı qabaqlayıcı tədbirlər görüləcək. Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova “Xəzər Xəbər”ə bildirib ki, ümumiyyətlə isə koronavirusdakı kimi əgər xəstəlik kütləvi hal alarsa xaricdən gələn hər bir şəxsin karatinə alınması məsələsi də gündəmə gələ bilər.
Onun sözlərinə görə, ümumiyyətlə yaxşı olar ki, hər bir şəxs öz sağlamlığını düşünərək fərdi qorunma metodlarından istifadə etsin.
Ekspert əlavə edib ki, belə olan halda qonşu ölkələrlə quru sərhədlərin açılmasından söhbət belə gedə bilməz.