Azərbaycanda karantin rejimi yenidən uzadılır? – Baş infeksionistdən AÇIQLAMAbackend

Azərbaycanda karantin rejimi yenidən uzadılır? – Baş infeksionistdən AÇIQLAMA

Azərbaycanda karantin rejiminin bitməsinə 5 gündən az vaxt qalıb. Bu gün hər kəsi düşündürən məsələ karantin rejiminin yenidən uzadılıb-uzadılmayacağıdır.

Azərbaycanda karantin rejimi yenidən uzalıla bilərmi?

Hokm.az xəbər verir ki, bununla bağlı konkret.az-a açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, bu məsələ yekunda alınacaq nəticədən asılıdır:

“Operativ Qərargahda bütün məsələlər təhlil edilərək karantin rejimin hansı formada davam etdiriləcəyi ilə bağlı qərar qəbul ediləcək. Mən bu barədə bir şey deyə bilmərəm.

Bilirsiniz ki, son bir neçə gündə yoluxanların sayı 79-dan 3 rəqəmliyə yüksəldi. Ən önəmlisi isə yoluxanların sayı sağalanlardan çoxdur. Bilirsiniz son bir neçə həftədə sağalanların sayı yoluxanların sayından 2-3 dəfə çox idi. Ona görə də hesab edirəm ki, karantin tədbirlərini saxlamaq lazımdır. Çünki payızda ikinci dalğanın olma ehtimalı ilə bağlı fikirlər səsləndirilir. Qonşu ölkələrdə yoluxanların sayında artım müşahidə olunur. Ona görə də hesab edirəm ki, karantin rejimini birdən-birə ləğv etmək olmaz”.

  •  (1)
  •  (4)