Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadıla bilər – AÇIQLAMAbackend

Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda yarım ilə yaxındır ki, koronavirus pandemiyasına görə karantin rejimi tədbiq edilir. Sentyabrın 30-da karantin rejimi bitməsi nəzərdə tutulsa da, bəzi mütəxəssislər uzadılacağı ilə bağlı fikirlər səsləndirirlər. Azərbaycanda karantin rejimi yenidən uzadıla bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, karantin rejimi bütün dünyada pandemiyanın “son zəngi çalınana” kimi davam edə bilər:

“Amma karantin şərtləri getdikcə yumşalmalıdır. Sosial sahə tamlıqla fəaliyyət göstərməlidir. Lakin qapalı yerlərdə karantin qaydaları sərtləşdirilməlidir. Sosial məsafənin qorunması, maska taxmaq və dezinfeksiya məhlullarından istifadə mütləqdir. O yerdə ki, yoluxma potensialı varsa, deməli, orada karantin davranışları pozulur. Bizdə olan məlumata görə, bir sinifdə 42-48 şagird olur. Burada hansı karantin davranışlarından söhbət gedə bilər? Ona görə də məktəblərdə karantin qaydalarına əməl edilməlidir. Məktəblərdə partalar və şagirdlərin əl vurduğu bütün yerlər dezinfeksiya olunmalıdır. Təəssüf ki, situasiyanı anlamamaq bu kimi problemlərin yaşanmasına gətirib çıxarır. Düşünürəm ki, koronavirus pandemiyası payızın sonuna kimi bitəcək. Pandemiya bitən zaman da Azərbaycanda və dünyada karantin rejimi sonlandırılacaq. Amma karantin rejimi pandemiyanın “son zəngi vurulana” qədər davam etməlidir”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə vurğulayıb ki, Azərbaycanda karantin rejimi yenidən uzadılacaq:

“Hələ də koronavirusun peyvəndi tapılmayıb. Ona görə də düşünürəm ki, Azərbaycanda karantin rejimi koronavirus peyvəndi tapılana kimi uzadılacaq”.

  •  (1)
  •  (0)