Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək? – RƏSMİ AÇIQLAMA

“Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət sabitdir”.

Hokm.az xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O qeyd edib ki, ölkədə vəziyyət getdikcə sabitləşməyə doğru gedir: “Təəssüf ki, virus daim mütasiyaya uğrayır. Yeni ştamların yayılması qeyd olunur. Vaksinasiyanın uğurla davam etməsinə görə pandemik durum qənaətbəxşdir və nəzarət altındadır”.

O bildirib ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqi nəzərdə tutulmur.

Musayevin sözlərinə görə, vəziyyət nəzarət altındadır: “Hazırda heç bir əlavə tədbirlər düşünülmür”.

  •  (0)
  •  (0)