Azərbaycanda karantin nə vaxt tam başa çatacaq? – Baş infeksionist zaman verdi…..
“Mənim fikrimcə, Azərbaycanda bütün karantin tədbirləri may ayının sonunda tam başa çatacaq”.
Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev “Space” kanalında yayınlanan “Sadə həqiqətlər” proqramında deyib.
O bildirib ki, havaların istiləşməsi ilə də müəyyən qədər azalma özünü göstərəcək: “Təbii ki, burada karantin tədbirlərinin şərtlərinə əməl etmək də xüsusi rol oynayır. Soruq havaya nisbətən isti havada belə tip virusların yayılması azalır”.
















