Azərbaycanda itləri kütləvi şəkildə güllələdilərbackend

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.

Hokm.az “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Görüntülərin Bərdə rayonu 866-cı qəsəbədə çəkildiyi bildirilir. Şikayətçi iddia edir ki, itləri öldürməyi icra başçısı göstəriş verib, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.
Onlar polisə müraciət etdiklərini, çox kobud cavab aldıqlarını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi
qiymət veriləcək.
  •  (0)
  •  (0)