Azərbaycanda itlərə narkotik vurub, ölümcül döyüşə buraxırlar? – FOTO/VİDEObackend

Azərbaycanda itlərə narkotik vurub, ölümcül döyüşə buraxırlar? – FOTO/VİDEO

Azərbaycanda “Dead Game Pedigree” forumu” adı altında qanunsuz şəkildə pitbul cinsli itlərin döyüşlərinin keçirilməsi barədə məlumat yayılıb.

Hokm.az xəbər verir ki, bununla bağlı Fərid Mansurov adlı “Facebook” istifadəçisi paylaşım edib.

“Pitbullara narkotik yeridildikdən sonra onlar ölümə qədər döyüşə buraxılırlar. Həmçinin, bu yaramazlar döyüşü uduzan pitbulun boğazını kəsir, başını gövdəsindən ayırırlar və bununla cavan itləri bəsləyirlər.

Bununla da, böyüyən itlər öz həmcinslərinə şikarları kimi baxırlar. Bundan əlavə, onlar pitbulları küçə itləri ilə məşq etdirirlər və pitbul həmin iti öldürdükdən sonra onunla gənc pitbulları bəsləyirlər. Bu insanlar böyük pulların dövr etdiyi it döyüşlərinin təşkilatçılarıdır. Bundan əlavə, onlar narkotik alverçiləridir”.

Paylaşımda sözügedən döyüşlərin təşkilatçılarının adları da qeyd olunub:

1. Rüfət

2. Murad

3. Mətləb

4. Hansısa axmaq azarkeş.

5. Hüseyn.

F.Mansurov, həmçinin, ictimaiyyəti ölkədə it döyüşlərini təşkil edənlərə qarşı çıxmağa səsləyib.

Məsələyə artıq Daxili İşlər Nazirliyindən rəsmi münasibət bildirilib. Qurumun “Instagram” hesabından edilən paylaşımda bunlar qeyd olunub:

“Hörmətli izləyicilərimiz, qanunsuz it döyüşləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan materiallardan xəbərimiz var. Hazırda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

  •  (0)
  •  (1)