Azərbaycanda istirahət məntəqəsində ŞOK OLAY – Ölü döl tapıldıbackend

Azərbaycanda istirahət məntəqəsində ŞOK OLAY – Ölü döl tapıldı

Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildiirlib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilən faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (0)