Azərbaycanda iş otağında qətlə yetirilən məmur müharibə veteranı imişbackend

Azərbaycanda iş otağında qətlə yetirilən məmur müharibə veteranı imiş

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin qətlə yetirilən direktoru Ziyad Əhmədov Ələs oğlu müharibəsi veteranı imiş.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxsin rəsmi olaraq 90-cı illərin Qarabağ müharibəsi veteranları siyahısında adı mövcuddur.

O, 2007-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində fəaliyyət göstərib. Bir neçə il əvvəl isə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində direktor vəzifəsinə təyin edilib.

1964-cü il təvəllüdlü Ziyad Əhmədov Mərkəzin Goranboy rayon şöbəsində mühasib kimi fəaliyyət göstərən 28 yaşlı Goranboy sakini Mirhadı Bağırov tərəfindən saat 13:00 radələrində boyun nahiyəsindən bıçaqla vurularaq qətlə yetirilib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  •  (0)
  •  (0)