Azərbaycanda indiyədək peyvənd olunanların sayı AÇIQLANDIbackend

Azərbaycanda indiyədək peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
“İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir”, – hökumətin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

  •  (0)
  •  (0)