Azərbaycanda iki kanalın yayımı dayandırılır – RƏSMİbackend

Azərbaycanda iki kanalın yayımı dayandırılır – RƏSMİ

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

MTRŞ-dan bildirilib ki, iclasda 1-10 avqust 2020-ci ildə ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

4 avqust 2020-ci ildə “Lider” televiziya kanalının efirində saat 20.00 – 21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının üç saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 10 avqust 2020-ci ildə “ATV” televiziya kanalının efirində saat 16.00 – 17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixdə proqramların yayımının üç saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

  •  (0)
  •  (1)