Azərbaycanda icra hakimiyyətlərinin sayı azaldıla bilər – Başçılar nə edəcək?backend

Azərbaycanda icra hakimiyyətlərinin sayı azaldıla bilər – Başçılar nə edəcək?

“Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın. Bunlar gündəmdədir”.

Hokm.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “ARB24”-də yayımlanan “Peşəkar Mübahisə” verilişində deyib.

O əlavə edib ki, buna qədər iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: “1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Bir rayonu iki hissəyə bölüblər.

Birdən-birə birləşdirib 15-17 rayon yaratmaq olmaz. Mərhələli şəkildə bunları azaldıb uyğun şəkildə sistemləşdirmək lazımdır.

Əvvəllər belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq”.

  •  (1)
  •  (0)