Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? — SENSASİON İDDİAbackend

Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? — SENSASİON İDDİA

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2011—2016-cı illərdə) Tahir Kərimovla həmin dövrdə rayonun deputatı olmuş Əliağa Hüseynov barəsində sensasion məlumat yayılıb. 

Salyan şəhər sakinlərindən Demokrat.az-a daxil olan məlumata görə, 2012-ci ildə Salyanın icra başçısı ilə deputatı əlbəyaxa olublar. Hadisə Salyan şəhərində yerləşən “Gölüstü” restoranında baş verib.

Hadisəyə şahidlik etdiyini iddia edən sakin bildirib ki, həmin vaxtı icra başçısı Tahir Kərimov xidməti avtomobilində gəzdirdiyi silahı Salyanın deputatı olan Əliağa Hüseynovun üzərinə çəkib. Bu zaman restoranda olan Salyanın prokuror müavini tərəfləri sakitləşdirməyə çalışıb.

Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb Tahir Kərimovun Əliağa Hüseynovdan mütəmadi olaraq pul istəməsi olub.

Məsələ ilə bağlı Əliağa Hüseynov Demokrat.az-a qısa açıqlamasında hadisənin olduğunu təksib edib.

O, belə bir hadisənin yaşanmadığını söyləyib.

  •  (0)
  •  (1)