Azərbaycanda qablaşdırılmış içməli su bahalaşıb.
Hokm.az-ın məlumatına görə, bahalaşma artıq bir neçə gündür müşahidə edilir. Bəzi su şirkətləri qiymətləri 10% qaldırıblar. Vətəndaşlar artımın xüsusi ilə 19 litrlik qablaşdırmada olduğunu bildiriblər. Digər həcmlərdə olan qazsız suların da qiyməti artıb.
Artım paytaxtın bütün marketlərində müşahidə edilir.
















