Azərbaycanda hava kəskin soyuyur – XƏBƏRDARLIQbackend

Azərbaycanda hava kəskin soyuyur – XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hokm.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz  8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  80-90 faiz  olacaq.
Xidmət hava ilə bağlı xəbərdarlıqda bildirir ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında  arabir yağış yağacağı , yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Dekabrın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi,
lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir  duman olacaq.
Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
  •  (0)
  •  (0)