Azərbaycanda hamam QADAĞASI – ÇİMMƏK OLMAZ?!backend

Azərbaycanda hamam QADAĞASI – ÇİMMƏK OLMAZ?!

Pandemiya dövründə fəaliyyətinə qadağa qoyulan sahələrədn biri də ictimai hamamlar oldu. Digər qadağalar aradan qaldırılsa da ictimai hamamlarla bağlı Operativ Qərargah  tərəfindən hələ də qərar verilməyib.

Bəs görəsən onların fəaliyyəti bərpa oluna bilərmi?

Mövzu ilə bağlı Hokm.az-a tibbi ekspert, həkim-terapevt Məlahət Abbasova açıqlama verib. O bildirib ki, hələlik bu qadağanın ardan götürülməsi gözlənilmir:

“Əslində karantinlə bağlı qadağalar ləğv edilərkən ictimai hamamların da yenidən fəaliyyətə başlayacağı gözlənilirdi. Lakin Operativ Qərargah bu sahə ilə bağlı heç bir qərar vermədi”.

Ekspert bildirib ki, bu qərarın qüvvədə qalması məntiqli deyil:

“Əgər metronun, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunubsa və xüsusilə toylara icazə verilibsə, bu qadağanın qüvvədə qalması məntiqli deyil. Toy adətələrindən biri də hamamdır. İri ticarət mərkəzində virusun yayılma ehtimalı hamamdan çoxdur”.

  •  (1)
  •  (0)