Azərbaycanda GÜCLÜ QAR – Bu yol bağlandı, insanlar YOLLARDA QALDIbackend

Azərbaycanda GÜCLÜ QAR – Bu yol bağlandı, insanlar YOLLARDA QALDI

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb.

Hokm.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.

O qeyd edib ki, hazırda həmin ərazilərdə güclü qar var, çovğunla müşaiyət olunur, yollar buz bağlayıb:

“Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu səbəbdən də xahiş edirik ki, həmin istiqamətlərə səfər etmək istəyənlər yola çıxmasınlar”. report

  •  (0)
  •  (1)