Azərbaycanda güclü partlayış: 3 nəfər xəsarət aldıbackend

Azərbaycanda güclü partlayış: 3 nəfər xəsarət aldı

Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib.
Hokm.az unikal.org-a istinadən xəbər verir ki, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsiri nəticəsində ona bitişik binaya da zərər dəyib.

 

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər – 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
  •  (0)
  •  (0)