Azərbaycanda gənc jurnalist koronavirusdan öldü – FOTObackend

Azərbaycanda gənc jurnalist koronavirusdan öldü – FOTO

Press.az saytınnı əməkdaşı, gənc jurnalist Aygün Əlizadə COVID-19 virusundan vəfat edib.

Hokm.az xəbər verir ki, bir müddət əvvəl virusa yoluxan və Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən A.Əlizadə daha sonra Bakıya gətirilib. Lakin tibbi müdaxiləyə baxmayaraq o vəfat edib.

Məlumata görə, A.Əlizadə hamilə olub və bətnindəki körpəsi də vəfat edib.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Aygün Əlizadə 2014-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünanslıq fakültəsini bitirib, 2015 ci-ildə ailə həyatı qurub və 2016-ci ildə oğlu dünyaya gəlib. O, 2 il idi ki, press.az saytında fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (1)