Azərbaycanda gecə saatlarında dəhşət: Yaralılar varbackend

Azərbaycanda gecə saatlarında dəhşət: Yaralılar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “VAZ 2107” markalı minik maşını toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Əhmədova Felya Mustafa qızı, 1993-cü il təvəllüdlü Əhmədov Arzuman Nəsib oğlu və 1992-ci il təvəllüdlü Novruzov Orxan Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)