Azərbaycanda evli kişi subay adı ilə qadını ALDATDIbackend

Azərbaycanda evli kişi subay adı ilə qadını ALDATDI

Xəbər verdiyimiz kimi, Atv-nin “Bizimləsən” layihəsinin qonağı 3 uşağı ilə qəbiristanlıqda yaşayan qadın olub.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, Həmidə adlı qadın övladlarından birinin talessimiya xəstəsi olduğu üçün verilişə kömək üçün müraciət edib.

3 uşağı ilə qəbiristanlıqda yaşamış qadın başına gələnləri canlı efirdə izləyicilərlə bölüşüb:

“Uşaqlardan biri talessimiya xəstəsidir. Övladımın biri xəstə olsa da, şükür digərləri sağlamdır. Əlim-ayağım sağdır, istəyərəm işləyib balalarıma baxım. Vaxtilə valideynlərim tərəfindən atılmış, uşaq evində böyümüşəm. İstəmirəm ki, mənim yaşadığım taleyi, balalarım da yaşasın. Birinci həyat yoldaşım məni küçəyə atdı. İkinci dəfə ailə qurdum ki, heç olmasa gün görüm. Kimsəsiz olduğuma görə ikinci həyat yoldaşım məni aldatdı ki, subayam, amma evli imiş. Aldatdı ki, nikah kəsdirəcəm, sənə ev alacağam. Amma ikinci həyat yoldaşım da məni atdı”.

Qeyd edək ki, qadın və uşaqları artıq evlə təmin edilib.

  •  (0)
  •  (0)