Azərbaycanda dərmanların qiyməti süni şəkildə qaldırılır.
Hokm.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
“Ölkəyə dərman gətirənlər 1 qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”, – deyə deputat bildirib.