Goranboy rayonunda yol qəzası baş verib.
Hokm.az-ın məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri – 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu və 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu ölüb.apa
Faktla bağlı araşdırma aparılır.


















