Azərbaycanda dəhşət: Üzünü yumaq istəyən fəhlə suya düşüb öldübackend

Azərbaycanda dəhşət: Üzünü yumaq istəyən fəhlə suya düşüb öldü

Bərdədə 24 yaşlı oğlan kanalda batıb.

Hokm.az-ın  məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində baş verib. 24 yaşlı Orucov Elməddin Yusif oğlu həmin kanalda batıb.

Onun xilas edilməsi üçün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə, Elməddin Orucov Bərdə şəhər sakinidir. Alpout kəndində yem mağazasında fəhlə işləyirmiş. İddialara görə, o, kanala əl-üzünü yumağa gəlib. Ancaq qəflətən sürüşərək kanala düşüb.

Hazırda onun meyitinin axtarışları davam etdirilir.

  •  (1)
  •  (0)