Azərbaycanda dəhşət: Tələbələri maşın vurdubackend

Azərbaycanda dəhşət: Tələbələri maşın vurdu

Lənkəranda avtomobil piyadaları vurub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib. “VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)