Azərbaycanda DƏHŞƏT: Evdən üç kişinin meyiti tapıldıbackend

Azərbaycanda DƏHŞƏT: Evdən üç kişinin meyiti tapıldı

Abşeron rayonunda dəhşətli hadisə baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb.

Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (0)