Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu – YENİLƏNİB + VİDEObackend

Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu – YENİLƏNİB + VİDEO

Naxçıvanda canavar sürüsünün hücuma məruz qalanın şəxsiyyəti məlum olub. 

Hokm.az-ın Trend-ə istinadən məlumatına görə, canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən dörd nəfər xəsarət alıb.

Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

Hazırda həmin şəxslərdən bir nəfəri – M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.

***

Ordubadın Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib.

Hokm.az bakupost-a istinadən xəbər verir ki, uşaqlar məktəbdən qayıdarkən canavarların hücumuna məruz qalıblar.

Hadisə nəticəsində şagirdlər ağır xəsarət alıblar. Kənd camaatının köməkliyi ilə uşaqlar təcili xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hücuma məruz qalanlardan 2-si uşaq, 1-i böyükdür.

  •  (0)
  •  (0)