Azərbaycanda DƏHŞƏT: 3 yaşlı uşaq binadan yıxılıb öldü – Qonaq getmişdilərbackend

Azərbaycanda DƏHŞƏT: 3 yaşlı uşaq binadan yıxılıb öldü – Qonaq getmişdilər

Ucarda 3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonda məcburi köçkünlər üçün salınmış binaların birində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Fərhan Qədimov ailəsi ilə birlikdə əmisi gilə qonaq gəlib.

Bu gün gecə saatlarında evdə nəzarətsiz qalan F.Qədimov 5-ci mərtəbədən yıxılıb.

Ağır bədən xəsarətləri alan F.Qədimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)