Azərbaycanda dəhşət: 3 ölü, 15 yaralı var -VİDEObackend

Azərbaycanda dəhşət: 3 ölü, 15 yaralı var -VİDEO

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı üç nəfər ölüb, 15-ə yaxın yaralı var.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub.APA

 

Yeniləndi***

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)