Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdibackend

Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

Sumqayıtda yüksək vəzifəli məmur koronavirusdan vəfat edib.

Hokm.az “oxu.az”a istinadən xəbər verir ki, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayev bir müddət öncə koronavirusa yoluxub.

Virusla mübarizə aparmasına baxmayaraq, xəstəlik səbəbindən komaya düşüb. Həkimlərin bütün cəhdlərinə rəğmən vəziyyəti ağırlaşan İ.Abdullayev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, İ.Abdullayev 2019-cu ilin martından bu vəzifədə çalışırdı.

  •  (0)
  •  (0)