Azərbaycanda daha bir vəzifəli şəxslər işdən çıxarıldıbackend

Azərbaycanda daha bir vəzifəli şəxslər işdən çıxarıldı

Azərbaycanda daha bir vəzifəli şəxslər işdən çıxarıldı….

Hokm.az cebhe.info-ya istinadla xəbər verir ki, Təshil naziri Ceyhun Bayramov iki rayonun Təhsil şöbə müdirlərini vəzifələrindən azad edib.

Nazirlikdən verilən məlumata görə, dünən nazir Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Mamedovu vəzifəsindən azad edib, Saatlı rayon Təhsil şöbəsinin müdiri Seyidağa Kazımovu isə yaş həddi ilə bağlı təqaüdə göndərib.

Məlumata görə, hələlik həmin vəzifələrə təyinat olmayıb.

Xatırladaq ki, Səxavət Mamedov 2016-cı ilin aprel ayından Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəziəsində işləyib.

Seyidağa Kazımov isə 1 aprel 2016-ci ildə Saatlı Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

  •  (0)
  •  (0)