Azərbaycanda daha bir toy keçirildi – POLİS BASQIN ETDİbackend

Azərbaycanda daha bir toy keçirildi – POLİS BASQIN ETDİ

Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Hokm.az-averilən məlumata görə, polislər tərəfindən həmin restorana baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub. Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Qeyd edək ki, ötən gün oxşar hadisə Şəmkirdə də baş verib.

  •  (0)
  •  (0)