Azərbaycanda çayların çirklənməsi onlayn qaydada izləniləcəkbackend

Azərbaycanda çayların çirklənməsi onlayn qaydada izləniləcək

“Azərbaycanın 4 çayında – Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında quraşdırılacaq avtomat hidrometeoroloji stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Zəngilana təşkil olunan səfər zamanı bildirib.

Onun sözlərinə görə, bu proses avtomat stansiyalar vasitəsilə çayın çirklənməsini onlayn, avtomatik və fasiləsiz olaraq müəyyən etməyə imkan verəcək:

“İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər”.

U.Tağıyeva xatırladıb ki, Qarabağda olan çaylar üzərində 10 avtomat hidrometeoroloji stansiya quraşdırılacaq.

  •  (0)
  •  (0)