Azərbaycanda çaya yıxılan qadın boğularaq öldübackend

Azərbaycanda çaya yıxılan qadın boğularaq öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Hokm.az Report-a istinadən xəbər verir ki, Biləsuvar şəhər sakini, 1947-ci il təvəllüdlü Zəminə Həziyeva Bolqar çayına düşərək boğulub.

Mərhumun şəkər xəstəliyindən əziyyət çəkdiyi və ehtiyatsızlığdan çaya düşərək boğulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)