Azərbaycanda bu yüksək vəzifəyə TƏYİNAT OLDUbackend

Azərbaycanda bu yüksək vəzifəyə TƏYİNAT OLDU

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Hokm.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” ixtisası üzrə magistr pilləsini bitirib.

1997-ci ildə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş “Diplomatik kurs”da, 1998-ci ildə Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş “Bazar iqtisadiyyati, Koreyanın inkişaf təcrübəsi”, 1999-cu ildə Oksford və Birminqam universitetlərinin Budapeşt şəhərində birgə təşkil etdiyi “Ticarət Diplomatiyası” kurslarında iştirak edib.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb.

Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

  •  (0)
  •  (0)