Azərbaycanda 5 uşağı olanlara pensiya güzəşti edilə bilər.
Hokm.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deyib.
“Bir müddət sonra 5 və daha çox uşağı olanlara güzəştli pensiya təminatının olmasına baxa bilərik”, – o, bildirib. /Report