Azərbaycanda bu federasiyanın adı dəyişdirildibackend

Azərbaycanda bu federasiyanın adı dəyişdirildi

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.

Hokm.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi və MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.

Qeyd edək ki, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.

  •  (0)
  •  (1)