Azərbaycanda bir gündə 30-a yaxın şəxs COVİD-19 qurbanı oldubackend

Azərbaycanda bir gündə 30-a yaxın şəxs COVİD-19 qurbanı oldu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 551 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 27 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 603 nəfər müalicə olunaraq sağalıb, 5 279 nəfər vəfat edib, aktiv xəstə sayı 38 555 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982, ötən müddət ərzində isə ümumilikdə 4 304 865 test aparılıb.

  •  (0)
  •  (1)